Ukrayna hökumətinin başçısı Denis Şmıqal Ukraynanın bu ilin birinci yarısında Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarına başlamaq istəyini təsdiqləyib.
Gununsesi.info xəbər verir ki, o, bu barədə “Euractiv”ə müsahibəsində danışıb.
“Biz gözləyirik və növbəti iclasda (bu həftə) Avropa Şurasının təsdiqini almaq istəyirik və inanırıq ki, bu ilin birinci yarısında üzvlük danışıqlarına başlaya biləcəyik”, – Şmıqal bildirib.
Ötən həftə Avropa Komissiyası Ukrayna və Moldova arasında üzvlük danışıqları üçün danışıqlar çərçivəsi layihəsini Aİ-yə üzv dövlətlərə göndərib.
“Ümid edirik ki, avropalı tərəfdaşlarımız bunu Avropa Komissiyasının təklif etdiyi kimi heç bir əlavə düzəliş olmadan təsdiq edəcəklər”, – Ukraynanın baş naziri deyib.
“(Avropa Şurasının sədri) Şarl Mişel 2030-cu ili Aİ-nin gələcək genişlənməsi üçün mümkün hədəf il adlandırdı, lakin biz Ukrayna üçün bunun daha tez, qələbəmizdən dərhal sonra baş verməsini təmin etmək üçün mümkün olan hər şeyi edəcəyik”, – Şmyqal bildirib.
O, həmçinin əlavə edib ki, Ukrayna öz “ev tapşırığını” çox tez yerinə yetirməyə qadirdir. “İnanıram ki, bu, bizə iki ildən çox vaxt aparmayacaq”, – deyə Ukrayna hökumətinin başçısı bildirib.
Aİ ölkələrinin liderləri bu həftə martın 21-22-də keçiriləcək sammitdə Ukraynanın Aİ-yə daxil olması istiqamətində növbəti addımları nəzərdən keçirəcəklər.
Gununsesi.info