Ukraynanın Baş naziri Denis Şmıhal Rusiyanın mümkün hücumu zamanı ölkəsinin Böyük Britaniyaya yardım edəcəyini bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Ukrainska Pravda” nəşri yazıb.
Ukrayna Nazirlər Kabinetinin rəhbəri bu həftə Kiyev və London arasında bağlanan təhlükəsizlik sənədi ikitərəfli və tərəfdaşlıq sazişi adlandırıb:
“Ukraynaya qarşı təcavüz olarsa, Böyük Britaniya 24 saat ərzində reaksiya verəcək. Rusiya bizim dostumuza hücum etmək istəsə, Ukrayna da 24 saat ərzində müttəfiqini və tərəfdaşı olan Britaniyaya bu və ya digər şəkildə yardım edəcək”, – o bildirib.
Eyni zamanda, Baş nazir digər dövlətlərin də Ukrayna ilə oxşar sazişlər imzalayacağına ümid etdiyini bildirib.
Gununsesi.info