Kiyev apreldə kifayət qədər döyüş sursatı alacağını gözləyir - Ukraynanın Baş naziri

  • By ilhame
  • 19 Mart 2024 20:04

Ukrayna aprel ayında kifayət qədər döyüş sursatı alacağını gözləyir.

Gununsesi.info xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal Lüksemburqda bildirib.

Qeyd edək ki, martın 20-də D.Şmıqal Brüsseldə Aİ-Ukrayna Assosiasiya Şurasının iclasında iştirak edəcək.

Daha əvvəl Avropa Komissiyası təsdiqləyib ki, Brüsselin Ukraynaya 2023-cü il martın 20-dən 2024-cü il martın 19-dək olan müddətdə 1 milyon döyüş sursatı tədarük etməyə dair vədi yerinə yetirilməyib və martın sonuna qədər çatdırılan mərmilərin həcmi təxminən 500 min təşkil edəcək.

Gununsesi.info