Ukraynanın Baş Nazirinə qarşı homoseksual zorakılıq ittihamı

  • By admin
  • 21 Oktyabr 2019 20:58

Ukraynanın Baş Naziri Aleksey Qonçaruk homoseksual zorakılıqda ittiham olunur.

Gununsesi.org rosbalt.ru-ya istinadən xəbər verir ki, ukraynalı hökumət rəhbərinin aparatın kişi əməkdaşına qarşı seksual hərəkətlər etdiyi iddia edilib. Belə bir iddia ilə Ali Radanın keçmiş deputatı İqor Mosiyçuk çıxış edib. O, Facebook səhifəsində  yazıb ki, həmin əməkdaşdan Baş Nazirin ona qarşı “intim əlaqələr”ini sübut edən faktlar əldə edib. Ancaq həmin şəxs hüquq-mühafizə orqanlarına müraciət etməyib.

Mosiyçukun sözlərinə görə, Qonçaruku bu əməlinə görə cinayət məsuliyyəti gözləyir. Baş Nazir isə ittihamlara cavab verməyib.

 

Gununsesi.org