Ukraynanın Berdyansk rayonu ələ keçirildi

  • By admin
  • 28 Fevral 2022 11:15

Ukraynanın Berdyansk rayonu rus qoşunları tərəfindən işğal olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Berdyansk vilayətinin dövlət administrasiyası məlumat yayıb.

“Bəli, düşmənin texnikası rayonun müxtəlif icmalarında var. Axşam saatlarında Osipenko icmasının yerli sakinləri işğalçıların evə basqın etmələri barədə məlumat veriblər. Berdyanskda şəhərin tutulması zamanı iki nəfər güllələnib, biri ölüb, digəri yaralanıb. Mövcud məlumata görə, qurbanlar Berdyansk biçin zavodunun mühafizəçiləridir”, – məlumatda deyilir.

Gununsesi.info