
Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenskaya mayın 20-də həyat yoldaşı and içdikdən və vəzifəsini icra etməyə başladıqdan sonra ilk iş olaraq instaqramda özünə rəsmi hesab (olenazelenska_official) açıb.
Gununsesi.org nun xəbərinə görə, birinci xanımı artıq 360 min insan izləyir.
O, inaqurasiya mərasimində tək və Zelenski ilə birlikdə çəkilmiş 9 fotosunu hesabında yerləşdirib.
Zelenskaya sosial şəbəkədə sadəcə 4 hesabı izləyir ki, bunların biri ərinin, digər ikisi həyat yoldaşına məxsus “Kvartal 95” şirkətinin, biri isə “Zelenskinin komandası” hesabıdır.
Yelena Zelenskaya “story” bölməsində isə video paylaşıb.