Ukraynanın bu əraziləri Rusiyanın xəritəsinə daxil ediləcək

“Donets və Luqansk xalq respublikaları”, Xerson və Zaporojye vilayətləri Rusiya Federasiyasının suveren ərazisinə çevriləcək.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

HTML tutorial

“Əlbəttə, onlar Rusiya Federasiyasının ayrılmaz hissəsi və suveren ərazisinə çevriləcəklər”, – Peskov jurnalistlərin sualına cavab olaraq deyib.

“Müraciət olacaq, Rusiya Federasiyası Prezidentinin çıxışı – bir daha deyirəm, həcmli çıxış – sonra sənədlərin imzalanması mərasimi olacaq. İmzalanma mərasimində “DXR” rəhbəri Denis Puşilin, “LPR” rəhbəri Leonid Paseçnik, Zaporojye vilayətinin başçısı Yevgeni Balitski, Xerson vilayətinin başçısı Vladimir Saldo iştirak edəcək. Yeni subyektlərin Rusiya Federasiyasına qəbulu ilə bağlı dörd saziş imzalanacaq”, – deyə Peskov bildirib.

Onun sözlərinə görə, iki prezidentin bu yaxınlarda Soçidə baş tutan danışıqlarının gündəmində referendumlar mövzusu olub.

Bazar ertəsi Rusiya Federasiyası və Belarus liderləri Soçidə danışıqlar aparıb, Qərbin sanksiyaları və onlara qarşı müqavimət mövzusuna toxunublar.

Gununsesi.info