Ukraynanın bu şəhəri yer üzündən silindi

  • By admin
  • 25 Mart 2022 22:59

Əsas şəhərlər, o cümlədən Mariupol Ukrayna silahlı qüvvələrinin nəzarətindədir. Volnovaxa şəhəri isə tamamən məhv edilib, mövcud deyil.

Gununsesi.info xəbər verir ki, bu barədə Donetsk vilayəti hərbi administrasiyası rəhbəri Pavel Kirilenko deyib.

O bildirib ki, atışma bütün cəbhə boyu – Adveyevka, Oçeretino, Toretsk, Uqledarda davam edir:

“Ukrayna ordusu iki həftə döyüşlərin davam etdiyi Volnaxa şəhərini tərk edib. Bu gün isə belə bir yaşayış məntəqəsi mövcud deyil. Çünki əksər binalar və infrastruktur məhv edilib”.

Gununsesi.info