Ukraynanın dövlət borcu açıqlandı

Ukraynanın dövlət və dövlət zəmanətli borcu aprelin sonunda 6,0104 trilyon qrivna (151,5 milyard dollar) təşkil edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Daniel Qetmantsev teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, aprel ayında Ukraynanın dövlət borcunun həcmi 1,5% artıb.

“Aylıq artım daxili bazarda borclanma və “Ukrayna Facility” proqramı çərçivəsində Avropa İttifaqından 1,5 milyard avro tranşın alınması ilə bağlıdır”, – deputat yazıb.

O qeyd edib ki, 2022-ci illə müqayisədə dövlət borcu təxminən 2,2 dəfə artıb.

Gununsesi.info