
Bu gün Kiyev vaxtı ilə saat 12:00-da Ukraynanın paytaxtında azərbaycanlı icmasının nümayəndələri mitinq keçirib. Gununsesi.info-nun xəbərinə görə, bu barədə Azərbaycan-NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov özünün sosial şəbəkədəki səhifəsində məlumat verib. Hazırda Avropada yaşayan həmvətənlimizin sözlərinə görə, etiraz aksiyasına səbəb Ukraynada yaşayan azərbaycanlı iş adamlarına qarşı kütləvi repressiyanın tətbiq olunması, onların qətlə yetirilməsidir.
Xatırladaq ki, hələ bir neçə gün əvvəl Gununsesi.info Ukraynanın milliyətçə erməni olan DİN rəhbərinin bu ölkədə yaşayan azərbaycanlılara qarşı qanunsuz əməlləri barədə xəbər verib.