
Ukraynanın hər yerində hava xəbərdarlığı elan edilib, bu, vətəndaşların onlayn xəbərdarlıq xəritəsindən belə çıxır. Atışma və itkilər barədə hələlik məlumat yoxdur.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki , bu barədə Ukraynanın Mudafiə Nazirliyinin nümayəndələri bildirib.
Dünən, martın 5-də Dnepropetrovsk, Sumı, Xarkov və Çerniqov vilayətlərində, eləcə də Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsində hava həyəcanı elan edilib. Martın 6-na keçən gecə Ukrayna mətbuatı Dnepropetrovsk və Xarkov vilayətlərində partlayışlar barədə məlumat yayıb.
Tərcümə: Adil
Gununsesi.info