“Ukraynanın kifayət qədər qoşunu yoxdur” -Tramp

Ukraynanın Rusiya ilə münaqişəni davam etdirmək üçün kifayət qədər qoşunu yoxdur.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ prezidentliyinə namizəd Donald Tramp milyarder İlon Maska müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukraynada kifayət qədər insan yoxdur və indi onlar döyüşmək üçün gənc və çox yaşlı kişilərdən istifadə edirlər.

Bundan əvvəl Avropanın daxili bazar üzrə komissarı Thierry Breton ABŞ-ın keçmiş prezidenti Donald Trampla müsahibənin onlayn yayımı ərəfəsində İlon Maska “zərərli məzmun”a görə məsuliyyət daşıdığı barədə xəbərdarlıq məktubu göndərmişdi.

O, iş adamına istənilən məlumatın təqdimatında söz azadlığına hörmətin və plüralizmin təmin edilməsinin vacibliyini xatırladıb.

 

 

Gununsesi.info