Ukraynanın Kursk bölgəsinə yeridilməsi Aİ-nın dəstəyinə təsir göstərmir

Ukrayna Silahlı Qüvvələrinin (AFU) Kursk bölgəsinə yeridilməsi Kiyevə yardıma və onun Avropa İttifaqından (Aİ) dəstəyinə təsir göstərmir.

Gununsesi.info xəbər verir ki, bunu Aİ-nin sözçüsü Piter Stano deyib.

“Özünü müdafiə etmək hüququna düşmənə onun ərazisində zərbə endirmək hüququ da daxildir”, – deyə siyasətçi bildirib.

Bundan əvvəl Stano bildirib ki, Aİ Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə girməsinə qarşı deyil.

O, aydınlaşdırıb ki, Ukrayna hərbçilərinin hərəkətləri guya “müdafiə hüququnu, həmçinin suverenlik və ərazi bütövlüyünü bərpa etmək səylərini” əks etdirir.

 

 

İlhamə

Gununsesi.info