Ukraynanın mərkəzi vilayəti atəşə tutulub, ölənlər və yaralananlar var

  • By Günel
  • 30 Noyabr 2024 23:19

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnipropetrovsk vilayətinin Dnipro rayonunun atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 21 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının başçısı Serhiy Lısak teleqramda  bildirib.

Onun sözlərinə görə, zərbələrin hədəfi mağaza, çoxmənzilli və fərdi evlər olub. Region rəhbəri qeyd edib ki, sözügedən ərazilərdə zərbələrdən alışma başlayıb.

Lısak vurğulayıb ki, yaralananlar arasında 11 yaşlı uşaq da var. Onun vəziyyəti orta ağırdır.

Gununsesi.info