Ukraynanın məşhur biznesmeni Rusiyanı Avropa Məhkəməsinə verib

  • By admin
  • 28 İyun 2022 00:40

Ukraynanın ən tanınmış biznesmeni, Mariupoldakı “Azovstal”-ın və bir sıra başqa iri sənaye müəssisələrinin mülkiyyətçisi Rinat Axmetov Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.
Gununsesi.info-nun  xəbərinə görə, o, Rusiya dövlətinin Ukraynaya qarşı təcavüzü zamanı mülkiyyət hüququnun pozulması, Rusiyanın buna görə məsuliyyət daşıması barədə məsələ qaldırıb.

İş adamı, həmçinin təcili qaydada Avropa Məhkəməsinin aralıq təminat tədbirləri kimi Rusiyaya icrası məcburi göstərişlər verilməsini: blokadanın dayandırılması, oğurluq, taxıl və polad məhsullarının başqa yerlərə istiqamətləndirilməsinin yolverilməzliyi haqqında göstərişlər verilməsini xahiş edir.

HTML tutorial

Rusiyanın Avropa Şurasından çıxarılmasını nəzərə alsaq, o zaman bu iddianın nə dərəcədə əsaslı olduğunu düşünmək olar?

Azərbaycanın tanınmış vəkillərindən biri olan  Fuad Ağayev Gununsesi.info-ya açıqlamasında əksər insanların belə düşünəcəyini deyib:
“Rusiya artıq Avropa Şurasının üzvü deyil və qanun qəbul edib ki, AİHM-nin 15 mart 2022-ci il tarixinə kimi qüvvəyə minmiş qərarlarından başqa qərarları icra etməyəcək. Buna cavab olaraq, deyə bilərsiniz ki, Avropa Konvensiyasından imtina etsə də, denonsasiya (imtina) yalnız 6 ay sonra (sentyabrın 16-da) qüvvəyə minir və həmin tarixə qədər bu dövlətin təqsiri ucbatından yol verilmiş pozuntular ilə bağlı Avropa Məhkəməsinə müraciət etmək olar.
Aydındır ki, Rusiyada çox ciddi dəyişikliklər baş verməsə, onlar AİHM-nin qərarlarını icra etməyəcəklər. Bununla da, özlərini bir daha qanundan, hüquqdan kənar vəziyyətdə qoyacaqlar.
Axmetov ərizəsinə prioritet verilməsini, eləcə də işə pilot prosedur tətbiq edilməsini də xahiş edib, belə ki, Rusiyanın təcavüzü, mülkiyyəti məhv edərək, özününküləşdirməsi bütün Ukraynadakı başqa sahibkarların biznesinə dağıdıcı təsir göstərib”.

 

Mayis

Gununsesi.info