Ukraynanın məşhur türk müğənnisi səfir oldu

  • By admin
  • 12 Oktyabr 2017 19:56

mugenni-camala
Əslən Krım tatarı olan məşhur müğənni Camala Beynəlxalq Miqrasiya Təşkilatının xoşməramlı səfiri təyin olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb. Camala səfir kimi bundan sonra insan alverinə, köləliyin müasir formalarına qarşı qlobal mübarizə kampaniyalarında iştirak edəcəyini bildirib.

Qeyd edək ki, Camala 2016-cı ildə Krım tatarlarının deportasiyasına həsr edilən “1944” mahnısı ilə “Avroviziya” mahnı müsabiqəsinin qalibi olmuşdu.

Gununsesi.info