
Rusiya Aerokosmik Qüvvələri Xerson vilayətində Ukraynaya məxsus MiQ-29 təyyarəsini vurub.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarələri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini Xerson vilayətinin Çervonoarmeyskoye kəndi yaxınlığında vurub”, – Rusiya MN-in məlumatında qeyd olunur.
Yanvarın 30-da Rusiya hava hücumundan müdafiə qüvvələrinin Zaporojye vilayətində Ukraynaya məxsus Mi-8 vertolyotunu vurduğu açıqlanmışdı.
Gununsesi.info