Ukraynanın MiQ-29 təyyarəsi Xersonda vuruldu

  • By admin
  • 03 Fevral 2023 19:16

Rusiya Aerokosmik Qüvvələri Xerson vilayətində Ukraynaya məxsus MiQ-29 təyyarəsini vurub.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarələri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini Xerson vilayətinin Çervonoarmeyskoye kəndi yaxınlığında vurub”, – Rusiya MN-in məlumatında qeyd olunur.

Yanvarın 30-da Rusiya hava hücumundan müdafiə qüvvələrinin Zaporojye vilayətində Ukraynaya məxsus Mi-8 vertolyotunu vurduğu açıqlanmışdı.

Gununsesi.info