Ukraynanın müdafiə naziri Şaxta babadan qırıcılar istəyib

  • By admin
  • 27 Fevral 2023 09:13

Ukraynanın müdafiə naziri Aleksiy Reznikov bildirib ki, ölkəsi hələ Amerikanın “Patriot” zenit-raket komplekslərini almayıb.

Gununsesi.info xəbər verir ki, nazir “Patriot” hava hücumundan müdafiə sisteminin tədarükünün reallaşacağına əminliyini ifadə edib və həmçinin “Şaxta babadan” qırıcılar istədiyini deyib.

Onun sözlərinə görə, yazda Ukraynaya hava hücumundan müdafiə sistemlərinin – “İris-T”, “Patriot” və “NASAM”ların gəlməsi ilə cəbhədəki vəziyyət dəyişəcək. Müdafiə naziri əlavə edib ki, əks hücuma keçmək üçün Kiyevə F-16, “Griffin” və ya İtaliyanın “Tornado” qırıcıları lazımdır.

Gununsesi.info