Ukraynanın Müstəqillik Gününə ABŞ-dan 3 milyardlıq yardım- BAYDEN

ABŞ prezidenti Ukraynaya 2 milyard 980 miyon dollarlıq hərbi yardımı nəzərdə tutan qərarı imzalayıb.

Buna əsasən Ukraynaya HHM sistemləri, artilleriya qurğuları və mərmiləri, PUA-lar, radarlar göndəriləcək. (Növ və say hələlik açıqlanmayıb.)

“Ukrayna xalqına dəstək öhdəliyimiz çərçivəsində mən qürurla bugünə qədər olan ən böyük hərbi yardım tranşını elan edirəm.

Bu gün və hər gün biz Ukrayna xalqı ilə yanaşı dayanaraq bəyan edirik ki, istibdadın qaranlığı azad insanların ruhunu işıqlandıran azadlıq alovu ilə müqayisə oluna bilməz”, – deyə Cozef Bayden vurğulayıb.

Mətləb

Gununsesi.info