ABŞ dövlət katibi Antoni Blinken Ukraynanın NATO-ya daxil olmasının qaçılmaz olduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə o, Kiyevdə mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, NATO ölkələri Ukraynanın alyansa qoşulmasının qaçılmaz olduğunu açıq şəkildə nümayiş etdirib.
Eyni zamanda, Blinken qeyd edib ki, NATO-ya daxil olmaq üçün Kiyev hələ də bir sıra zəruri islahatları qəbul etməlidir: “NATO ölkələri bir araya gəldi. Ukraynanın NATO-ya daxil olmasının qaçılmaz olduğunu və Ukraynanın indi bu yolla getdiyini açıq şəkildə bildirdi”.
Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyinin yeni rəhbəri NATO-dan Rusiyanın dərinliklərində zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağı xahiş edib.
Gununsesi.info