Ukraynanın nazir müavini: “Rusiya həbsxanalarında 7 minə yaxın Ukrayna vətəndaşı həbsdədir”

  • By admin
  • 27 May 2016 16:10

vadim pristayko

Həbsdə olan məhbusların azad olunması istiqamətində mütəmadi olaraq danışıqlar aparılır. Gununsesi.info Ukrayna mediasına istinadən xəbər verir ki, bu fikri Ukrayna Xarici işlər nazirinin müavini Vadim Pristayko jurnalistlərə açıqlamasında deyib. “Ukrayna Xarici işlər nazirliyi bunların hər birinin hüququnu müdafiə edir. Düzdür, bunlar arasında siaysətçilərlə yanaşı, cinayətkarlar da var”, – deyə nazir müavini qeyd edib.

 

Onun sözlərinə görə, həbsdə olan məhbusların azad olunması istiqamətində mütəmadi olaraq danışıqlar aparılır:”Biz, əsasən, siyasi məhbusların azad olunması istiqamətində aktiv iş aparırıq. Sadəcə Nadejda Savçenkonun azad olunması dövlət başçıları səviyyəsində həll olunub. Ancaq digər məhbuslarımızın azad olunması ilə bağlı konsullarımız ilk gündən aktiv danışıqlar aparır”.

 

Son vaxtlarda Krım taralarının təqibi və onların həbsinə də toxunan nazir müavini deyib ki, iyirmiyədək Krım tatarının siyasi motivlərə əsasən həbs olunub:

 

“Biz onların da hüquqlarının müdafiə olunması və azad olunması istiqamətində işlər aparırıq”.