Ukraynanın paytaxtı və 13 vilayəti karantin şərtlərinin yumşaldılmasına hazır deyil

Ukraynanın paytaxtı Kiyev və 13 vilayəti karantin şərtlərinin yumşaldılmasına hazır deyil.

Gununsesi.org xəbər verir ki, Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Kiyev şəhərində koronavirusun yayılma dinamikası 10 faiz normaya nisbətdə 30 faizi ötüb.

Bundan başqa, Kiyev, Lvov, Donetsk, Odessa, Xarkov, Volın, Zakarpatya, İvano-Frankovsk, Luqansk, Çernihiv, Rivne, Xmelnıtskıy, Çernevitsi vilayətlərində də koronavirusun yayılma göstəriciləri yüksəkdir.

Son bir həftədə Ukraynada koronavirusa yoluxma halları gündəlik 700-1200 arasında dəyişir.

 

 

Gununsesi.org