Ukraynanın şərqində və cənubunda vəziyyət çətin olaraq qalır

“Ukraynanın şərqində və cənubunda vəziyyət çətin olaraq qalır, lakin idarə oluna bilir. Ukrayna Silahlı Qüvvələri xətti saxlamaqda davam edir”.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski  qərargahın iclasında bildirib.

“Ukraynanın şərqində və cənubunda vəziyyət çətin olaraq qalır, lakin idarə oluna bilər. Müdafiə əməliyyatı aparılır. Əsas səylər düşmənin Toretsk və Pokrovsk istiqamətində irəliləməsinin qarşısını almağa yönəlib”, – deyə general bildirib.

Ali baş komandan həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində hücum əməliyyatını davam etdirir.

Sırskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri 82 yaşayış məntəqəsini nəzarətə götürüb və 35 km irəliləyib, eyni zamanda 1000 kvadratmetrdən çox əraziyə nəzarət edib.

 

 

İlhamə

Gununsesi.info