Ukraynanın sabiq prezidentləri Bakıya gəlir

  • By admin
  • 15 Fevral 2017 15:46

sabiq

Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko Bakıda bir araya gələcək. Sabiq prezidentlər martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə gələn ay Azərbaycana səfər edəcək.

Bu haqda Gununsesi.info-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Belə ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan Ukraynanın 3-cü Prezidenti Viktor Yuşşenko Rusiya Federasiyasının sabiq Dövlət katibi və Baş nazirin müavini Gennadiy Burbulislə  birgə forumda “Baltik-Qara dəniz Təhlükəsizlik İcmasının yaradılması: Fəaliyyət Planına doğru” adlı paneli təqdim edəcək. “Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forumda transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu və digər məsələlər müzakirə ediləcək.

V Qlobal Bakı Forumunu Diasporla İş üzrə Dövlət Komitəsinin yaxından dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi həyata keçirir. Forumda Latviyanın, Albaniyanın, Makedoniyanın, Monteneqronun və digər ölkələrin hazırkı prezidentləri, eləcə də bir sıra tanınmış ictimai-siyasi xadimlər, elm adamlarının iştirakı planlaşdırılır.

Qeyd edək ki, Viktor Yuşşenko əvvəlki 4 forumda iştirak edib, L.Kravçukla L.Kuçma isə III Qlobal Bakı Forumuna qatılb.

Gülnaz Qənbərli

Gununsesi.info