Ukraynanın “Sabotaj-kəşfiyyat qrupu” Belqorod vilayətinə daxil olub

  • By admin
  • 23 May 2023 08:34

 Ukrayna Silahlı Qüvvələrinin təxribat-kəşfiyyat qrupu Qrayvoronski şəhər dairəsi ərazisinə daxil olub.

Bu barədə Gununsesi.info Ukraynanın telegram kanallarına istinadən xəbər verir.

Ukrayna hərbi kəşfiyyatı iddia edir ki, əməliyyat “təhlükəsizlik zonası” yaratmaq məqsədilə Rusiya vətəndaşlarından ibarət birləşmələr tərəfindən həyata keçirilir.

 

Rusiya Müdafiə Nazirliyi döyüşlər barədə məlumat verməyib, regional hakimiyyət isə kütləvi atəşlərdən danışıb. Qubernator Qladkov səhər saat 9-dan bəri Qraivoronski şəhər dairəsinin “Ukrayna Silahlı Qüvvələrinin atəşi altında olduğunu” söylədi.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Müdafiə Nazirliyi, FTX və sərhədçilər prezident Vladimir Putinə “Ukrayna təxribat qrupunun Belqorod vilayətinə keçmək cəhdi” barədə məlumat veriblər:  “Onların Rusiya ərazisindən sıxışdırılıb çıxarılması və bu təxribat qrupunun məhv edilməsi istiqamətində işlər aparılır”.

 

Tərcümə:

Mais