
Rusiya Ordusu Ukraynanın Sumı vilayətində bir neçə istiqamət üzrə irəliləyir.
Gununsesi.info Ukrayna KİV-ə istinadən xəbər verir ki, hazırda Axtırka və Sumı şəhərləri uğrunda şiddətli döyüşlər gedir.
“Hazırda Sumı vilayətinin ərazisində Rusiya Federasiyasının texnikası hərəkət edir”, – deyə vilayət administrasiyasının rəhbəri Dmitri Jivitski “Facebook”da yazıb.
Rusiya Ordusunun tank kolonları Sumı şəhəri, Xotın, Mezenovka kəndində, Bolşoy Pisarevka qəsəbəsində hərəkət edir.
Gununsesi.info