Ukraynaya 21-ci hərbi yardım paketini göndərəcəklər

  • By ilhame
  • 21 Dekabr 2023 21:23

Finlandiya Ukraynaya 106 milyon avro dəyərində 21-ci hərbi yardım paketini göndərəcək.

 

Gununsesi.info xəbər verir ki, bu barədə ölkə hökumətinin saytında bildirilir.

 

“Finlandiya Ukraynaya əlavə hərbi texnika göndərir. Hökumətin təklifi ilə 2023-cü il dekabrın 21-də respublika Prezidenti bu qərarı təsdiqləyib”, – məlumatda deyilir.

 

Qeyd edək ki, Finlandiya hakimiyyəti daha əvvəl bəyan etmişdi ki, onlar Ukraynaya hərbi dəstəyi dayandırmaq niyyətində deyillər.

Gununsesi.info