Ukraynaya atılan raketlərin sayı açıqlandı - ONLARDAN 43-Ü VURULUB

  • By admin
  • 10 Oktyabr 2022 16:12

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna paytaxtı Kiyevə və ətraf bölgələrə atdığı raketlərin sayının 100- ə yaxındır.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Ukraynanın telegram kanallarında bildirilib.

HTML tutorial

Məlumata görə, əsasən mülki əhalinin yaşadığı bölgələr hədəf alınıb. Raket zərbələri nəticəsində çoxsaylı təlafat və yaralılar var.

Atılan raketlərdən 43-ü vurulub.

Bundan başqa, Ukraynanın müxtəlif obyektlərinə 17 ədəd Shahed 136 tipli kamikadze dronu hücum edib, onlar Krım və Belarus ərazisindən buraxılıb.

Ümumilikdə ondan çox böyük şəhərə zərbə endirilib. Nəticədə elektrik enerjisi və su təchizatı kəsilib. Zərbələrin bəziləri Kiyevə endirilib. Onlarla insan həlak olub. Atışma davam edir.

Bu arada NATO-nun baş katibi Stolnberq Alyansın Ukraynanı dəstəkələyəcəyini bəyan edib.

 

Gununsesi.info