Ukraynaya buraxılmayan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Ukraynada genişmiqyaslı müharibə dövründə ölkəyə buraxılmayan, girişi qadağan olunan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Gununsesi.info -nun Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq Ukrayna Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, 2022-ci ilin əvvəlindən bu ilin noyabrında qədər 706 Azərbaycan vətəndaşı ölkəyə buraxılmayıb.

Ölkəyə girişləri qadağan edilənlərin 60 faizi 3-5 il müddətinə, digərlərinə isə qadağalar daimi tətbiq edilib. Ümumilikdə isə 706 nəfərin 226-sı bu il, 480 nəfəri isə ötən ilin payına düşür.

 

 

Gununsesi.info