Ukraynaya daha çox yardım etmək istədiklərini açıqladı

  • By ilhame
  • 17 Yanvar 2024 22:52

Polşanın yeni hökuməti Ukrayna üçün sursat və hərbi texnika istehsalını artırmaq istəyir.

 

Gununsesi.info “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski danışıb.

 

O qeyd edib ki, ölkə hakimiyyəti Kiyevə dəstəyə yeni gözlə baxır. “Daha çox döyüş sursatı və avadanlıq istehsal etmək üçün hansı imkanlarımız olduğunu, eləcə də anbarlarımızda hələ də nələrin olduğunu öyrənirik”, – deyə nazir bildirib.

 

Həmçinin o, əlavə edib ki, Varşavanın müttəfiqlərini Ukraynaya ediləcək yardımın müharibədə qalib gəlməsi şərtilə Rusiyanı cilovlamaqdan daha ucuz başa gələcəyinə inandırmağa çalışır.

Gununsesi.info