Ukraynaya dünyadan böyük jest - PUTİNİ ÇƏTİN GÜNLƏR GÖZLƏYİR

  • By admin
  • 22 Yanvar 2022 14:15
Rusiyanın Ukraynaya qarşı hərbi təhlükəsi ABŞ və Avropanın bu ölkəyə güclü dəstəyi ilə müşahidə olunur.
Gununsesi.info Ukraynaya dəstəklə bağlı ən son xəbərləri təqdim edir: 
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bəyan etdi ki, Böyük Britaniya, Polşa və Ukrayna hərbi alyans yaratmaq niyyətindədirlər.
 ABŞ-ın Ukraynaya 200 milyon dollar dəyərində hərbi yardım paketi çərçivəsində silahlarla dolu ilk təyyarə Ukraynaya çatdı. 200 milyonluq paket çərçivəsində yardımın tam göndərilməsini gözləmədən, yeni 300 milyon dollarlıq hərbi yardım haqda qərar verildi.
 Kanada Ukraynaya 120 milyon dollar dəyərində yardım göndərdi. Kanada rəsmiləri bəyan etdilər ki, Ukrayna müasir silahların göndərilməsi müzakirə olunur.
 Estoniya Ukraynaya Javelinləri göndərməyə başladı(qərar bir az öncə verilmişdir və mən bu haqda xəbər vermişdim, indi isə artıq göndərilir).
Latviya və Litva Ukraynaya “Stingers” Daşınabilən hava hücumundan müdafiə sistemlərinin göndərilməsinə start verib.
 ABŞ Ukraynaya 5 Mi-17 helikopteri göndərəcək. 200 və 300 milyonluq hərbi yardımından əlavə.
Vaşinqtonda Rusiyaya qarşı qaz embarqosunun tətbiqi ehtimalı fonunda, Avropanı qazla təminatı haqda təcili müzakirələr başlayıb. Yanvarın sonunda Qətərin əmiri Ağ Evdə qəbul olunacaq.
Gununsesi.info