Ukraynaya giriş qaydaları sərtləşdirildi

  • By admin
  • 23 Mart 2021 19:57

Ukrayna Nazirlər Kabineti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkəyə giriş qaydalarını sərtləşdirib. 

Gununsesi.info xəbər verir ki, səhiyyə naziri Maksim Stepanovun brifinqdə verdiyi məlumata görə Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən bütün xarici ölkə vətəndaşları üçün Ukraynaya giriş zamanı PCR testi tələb ediləcək. PCR (Polimeraza Zəncirvari Reaksiya) testi 48 saatdan gec olmayaraq təqdim edilməlidir.

HTML tutorial

Qeyd edək ki, koronavirusa yoluxma halları artdığından, Ukraynanın bir çox vilayətləri “qırmızı zona” elan edilib və karantin şərtləri sərtləşdirilib.

Gununsesi.info