Ukraynaya görə gecə-gündüz çalışırıq – AKAR

  • By admin
  • 06 Mart 2022 15:44

Atatürkün dediyi kimi, yurdda sülh, cahanda sülh istəyirik. Biz problemlərin dialoq və mehriban qonşuluq münasibətləri çərçivəsində dinc yolla həllinin tərəfdarıyıq.

Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Rusiya-Ukrayna arasında davam edən müharibə barəsində danışarkən deyib.

“Ukraynada baş verənləri kədər və narahatlıqla izləyirik. Burada yaranmış humanitar böhran, baş verən ölüm halları həqiqətən qəbuledilməzdir. Bizim həm Rusiya, həm də Ukrayna ilə münasibətlərimiz var. Türkiyə Cümhuriyyəti olaraq bu əlaqələri davam etdirərək atəşkəsin, sabitliyin, sülhün və əmin-amanlığın, iki ölkə arasında problemlərin danışıqlar yolu ilə ən qısa zamanda bərqərar olması üçün gecə-gündüz bütün səviyyələrdə içimizi davam etdiririk. Biz Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və hüquqlarına hörmət etdiyimizi demişik və deyirik. Orada günahsız, dinc insanların, xüsusən də uşaqların həyatını itirməsi bizim üçün dərin hüzndür”, -Akar bildirib.

Gununsesi.info