Ukraynaya hərbi yardım üçün 20 milyard avroluq fondun yaradılması ilə bağlı müzakirələr aparılacaq

  • By ilhame
  • 14 Noyabr 2023 21:43

Macarıstan növbəti dörd il ərzində Kiyevə hərbi təchizatların ödənilməsi üçün 20 milyard avroluq Aİ fondunun yaradılmasını müzakirə etmək üçün Ukrayna tərəfi ilə görüş keçiricək.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Jozep Borel ittifaq ölkələrinin müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

“Macarıstan bu fondun yaradılması üçün Ukrayna tərəfi ilə görüş keçirəcək. Onun yekdilliklə təsdiqlənməsinə alternativ yoxdur və biz Macarıstanın etirazlarının aradan qaldırılacağını gözləyirik”, – J.Borel deyib.

Gununsesi.info