Ukraynaya hərbi yardımlar davam edir - Avstraliya 250 milyon, Cənubi Koreya isə 24 milyon dollarlıq yardıma söz verdi

ABŞ-da keçirilən NATO sammitində Avstraliyanın müdafiə naziri Riçard Marles Ukraynaya 250 milyon Avstraliya dolları (təxminən 170 milyon ABŞ dolları) məbləğində əlavə hərbi yardım göstərməyi öhdəsinə götürüb.

Gununsesi.info xəbər verir ki, Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, NATO sammitinin əsasən, Ukraynaya dəstəyin müzakirə olunduğu son sessiyasında çıxış edən Marles Avstraliyanın Kiyevə 250 milyon Avstraliya dolları dəyərində hərbi paketini açıqlayıb.

Bu dəstəyin Ukraynaya son dəstək olmayacağını vurğulayan Marles bildirib ki, bu münaqişənin həll edilməsi üçün lazım olan müddətdə Ukraynaya dəstəyimizi davam etdirəcəyik.

Bildirilib ki, elan edilən yardım paketi çərçivəsində Avstraliya Ukrayna ordusuna idarə olunan və hava hücumundan müdafiə raketləri, həmçinin tank əleyhinə silahlar, güllələr və digər hərbi texnika göndərəcək.

Avstraliya hökumət rəsmiləri qeyd ediblər ki, elan etdikləri son hərbi yardım paketi ilə bu günə qədər Ukraynaya 1,1 milyard Avstraliya dolları məbləğində hərbi yardım daxil olmaqla, ümumilikdə 1,3 milyard Avstraliya dolları həcmində yardım edilib.

Bu arada NATO-nun Vaşinqton sammitində iştirak edən Cənubi Koreya Prezidenti Yoon da Ukraynaya 24 milyon ABŞ dolları yardım edəcəklərini açıqlayıb.

 

Ceyhun

Gununsesi.info