Ukraynaya döyüşmək üçün Qərb qoşunlarının göndərilməsi göz ardı edilə bilməz.
Gununsesi.info xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
Rusiyanın məğlubiyyətinin “Avropanın kollektiv təhlükəsizliyini” təmin etmək üçün zəruri olduğunu söyləyən Makron bildirib ki, 25 avropalı liderin bazar ertəsi Parisdə keçirilən görüşü bu ölkədə iki ildən çox davam edən genişmiqyaslı müharibədən sonra Qərbin Ukraynaya kömək etmək əzmini nümayiş etdirib.
“Rusiyanın müharibədə qalib gələ bilməməsi üçün lazım olan hər şeyi edəcəyik”, – Makron deyib.
Qərb qoşunlarının Ukraynaya göndərilməsinin variant olub-olmaması ilə bağlı suala cavab olaraq Makron deyib ki, bu məsələ konfransda müzakirə olunub.
“Bu gün ordunun rəsmi olaraq sahəyə göndərilməsi ilə bağlı konsensus yoxdur. Amma variantlar baxımından heç nəyi istisna etmək olmaz”, – o, hansı ölkələrin belə bir addım atmağı düşündüyü barədə təfərrüatları açıqlamayıb.
Makron bildirib ki, liderlər Ukraynanı uzaqmənzilli raketlər və bombalarla təchiz etməyi müzakirə edəcək ölkələrin “koalisiyasını” yaratmağa razılaşıblar.
Fransa və İngiltərə keçən il çoxlu sayda “Storm Shadow” və “Scalp” qanadlı raketlərini bağışladı və oxşar koalisiyalar artilleriya, hava hücumundan müdafiə və dəniz müharibəsi üçün yaradılıb.
Gununsesi.info