Ukraynaya Rusiyaya qarşı ordu qurmağa kömək edəcəyik

ABŞ Ukraynaya döyüş meydanında uğur qazanmağa və qarşıdakı illərdə Rusiyanı çəkindirə biləcək ordu qurmağa kömək etməyə sadiqdir.

Gununsesi.info axar.az-a istinadən bildirir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin deyib.

“Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə biz Ukraynaya öz döyüş qabiliyyətini möhkəmləndirmək və genişləndirməkdə, qarşıdakı illərdə Rusiyanın təcavüzünə qarşı mübarizə apara biləcək gələcək güc yaratmaqda kömək etməyə sadiqik”, – Ostin bildirib.

Gununsesi.info