Danimarka və Çexiya Ukraynaya yardım göstərilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar.
Gununsesi.info xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu müqavilənin məqsədi Kiyevə yüksək keyfiyyətli silah və texnikanın mümkün qədər tez çatdırılmasını təmin etməkdir:
“Biz artıq Ukraynaya Çexiya ilə birlikdə ukraynalıların böyük ehtiyacı olan əhəmiyyətli hərbi ianələr göndərmişik. Bu müqavilə ilə biz çexlərlə yaxşı əməkdaşlığı vurğulayırıq və eyni zamanda Çexiya vasitəsilə yeni ianələr üçün zəmin yaradırıq”.
Gununsesi.info