Ukrayndakı savaş Rusiyaya 3.38 trilyon ziyan vurdu

Bu ilin yanvar-iyun ayları ərzində Rusiya büdcəsinin neft və qaz gəlirləri azalaraq 3.38 trilyon rubla (34 milyard dollar) düşüb. 2023-cü ilin birinci yarısında büdcənin ümumi gəliri 12.38 trilyon rubl olub.

Gununsesi.info xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz azdır.

Büdcə xərcləri isə ötən illə müqayisədə 19 faiz artaraq 14.9 trilyon rubl olub. Beləliklə birinci yarım ildə büdcə kəsiri 2.59 trilyon rubla çatıb.

Son bir ay ərzində bu xərclər 816 milyard rubl azalıb. Bunun 500 milyard rublu Milli Rifah Fondundan çıxarılıb.

Rusiya Maliyyə Nazirliyi bildirir ki, neft-qaz gəlirlərinin azalması Rusiyanın Ural markasından olan neftinin ucuzlaşması və qaz ixracının azalması ilə bağlıdır.

 

Gununsesi.info