

“15 iyul hadisəsini unutmayacağıq, unutdurmayacağıq. 15 iyul şəhidlərini unutmayacağıq, unutdurmayacağıq. Xain “FETÖ”-çülərə dəstək çıxanları unutmayacağıq, unutdurmayacağıq”.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bundan sonra Türkiyədə heç bir şeyin də 15 iyul öncəsi kimi olmayacağını bildirib.
Türkiyə cümhurbaşqanı 15 iyul darbesinin birinci ildönümü ilə bağlı bütün türkiyəliləri ölkənin hər yerində “demokrasi növbətləri” tutmağa da səsləyib.
“Çanaqqalanı, Çanaqqala zəfərini həri il anırıq. 15 iyul, 16 iyul da bizim Canaqqala zəfərimizdir. Bundan sonra hər il 15 iyul və 16 iyulu da o cür anacağıq”-deyə, o, qeyd edib.
Ərdoğan sonra 15 iyul gecəsi insanları hədəf alan, onları “atəş yağmuru”na tutan “FETÖ”-çü əsgərlərə sərt ifadələrlə yüklənib.
“Ulan tərbiyəsizlər, qarşınızda təkbaşına bir bayan vardı. Onun əlində silahmı vardı? Onu nədən ölümlə təhdir edirdiniz?
Nə oldu??? Ürək məsələsidir bu, ürək məsələsi… Kürək deyil, ürək…Məsələ bu…
Türkiyədə artıq heç bir şey 15 iyul öncəsi kimi olmayacaq. Ya olacağıq, ya öləcəyik”-deyə, o, sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info