“Ulduz” filminin çəkildiyi tarixi tikili niyə təmir olunmur? – RƏSMİ

Astara rayonunun Ərçivan qəsəbəsində “Ulduz” filminin çəkildiyi məşhur tarixi tikili – ləmin baxımsız vəziyyətdə olduğu haqqında məlumat vermişdik.

Ləmin yerləşdiyi evin sahibi Əsədulla Musayev saytımıza açıqlamasında təmir üçün Mədəniyyət Nazirliyinə müraciət etdiklərini, lakin heç bir ddım atılmadığını qeyd etmişdi.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, Modern.az məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət edib. Nazirlikdən bildirilib ki, tarixi abidə kimi qorunan ləm şəxsi mülkiyyətdədir:

“Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən, ləm adı ilə tanınan tarixi tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb. Abidə şəxsi mülkiyyətdədir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunda şəxsi mülkiyyətdə olan abidələrin mülkiyyətçinin vəsaiti hesabına təmir-bərpa edilməsi nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq tarixi abidənin bərpasının layihəsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə razılaşdırılaraq, mütəxəssislərin nəzarəti altında həyata keçirilməlidir”.

Nazirlikdən o da bildirilib ki, mülkiyyət sahibi tarixi abidənin Mədəniyyət Nazirliyi hesabına bərpası üçün müraciət edib:

“Qeyd etdiyimiz kimi, qanunda şəxsi mülkiyyətdə olan abidə həmin şəxsin vəsaiti hesabına təmir edilməlidir. Mədəniyyət Nazirliyinin bu müraciətə vəsait ayırmaq səlahiyyəti yoxdur. Mülkiyyət sahibi öz vəsaiti hesabına abidəni bərpa etmək istəyərsə, layihə nazirliklə razılaşdırılmalıdır”.