“Nyukasl Yunayted”in yarımmüdafiəçisi Sandro Tonal ilə bağlı ittiham irəli sürülüb.
Gününsesi.info xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiyası bəyanat yayıb.
Məlumatda, oyunçunun 12 avqust 2023-cü il və 12 oktyabr 2023-cü il tarixləri arasında futbol matçlarına 50 dəfə mərc edərək, FA qaydalarını pozduğu bildirilir.
Bundan əlavə, 23 yaşlı futbolçu aprelin 5-dək bu ittihamlara cavab verməlidir.
İtalyan futbolçu mövsümün əvvəlində təxminən 65 milyon avroya “Milan”dan “Nyukasl Yunayted”ə transfer olunub.
Gününsesi.info