Ulduz futbolçunun evi qarət olundu

İtaliyanın “Fiorentina” klubunun futbolçusu Frank Riberi xoşagəlməz hadisə ilə üzləşib.
Gununsesi.org “La Repubblica” nəşrinə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin Florensiyadakı evi qarət olunub.
Hadisə A Seriyasının XXX turunun “Parma” ilə oyunu zamanı baş verib. Oyunçuya dəymiş ziyanın məbləği açıqlanmayıb.
Qeyd edək ki, Riberi 2019-cu ilin yayından “Fiorentina”da çıxış edir. O daha əvvəl Fransada “Metz” və “Marsel”, Türkiyədə “Qalatasaray” və Almaniyada “Bavariya” klublarının formasını geyinib.
Gununsesi.org