“Ulduz müharibəsi” reallaşır: ABŞ-ın yeni kosmik doktrinası

İlon Maskın “SpaceX” şirkəti Pentaqon üçün hərbi kosmik gəmilər inşa edəcək.

Gununsesi.info xəbər verir ki, şirkət ABŞ-ın hərbi ləvazimatlarını orbitə göndərmək üçün raket hazırlayacaq.

Bununla yanaşı, Pentaqon yük təyyarəsinə ehtiyac olmadan 60 dəqiqə ərzində dünyanın istənilən nöqtəsinə hərbi ləvazimat göndərə biləcək.

Həmçinin, Pentaqonun tərkibində olan ABŞ Nəqliyyat Komandanlığı bu razılaşma ilə kritik logistikanı sürətlə göndərə və fövqəladə hallarda humanitar yardım çatdıra biləcəyini bildirib.

Kosmik buraxılışlar ilk növbədə hərbi yüklərin daşınmasına yönəldilib, amma daha sonra şəxsi heyətində göndərilməsi planlaşdırılır.

Gununsesi.info