İsveçin baş naziri Ulf Kristersson ölkəsinin NATO-ya üzv olmaq istəyinin oktyabrda Türkiyə parlamentində təsdiqlənəcəyini əminliklə deyə bilməyəcəyini bildirib.
Gununsesi.info xəbər verir ki, İsveç mətbuatına İsveçin NATO-ya daxil olması ilə bağlı verdiyi açıqlamada Kristersson İsveçin NATO-ya üzvlüyü ilə bağlı qərarın Türkiyə tərəfindən veriləcəyini deyib.
“Mən söz verə bilmərəm ki, NATO üzvlüyü oktyabrda təsdiqlənəcək. Bu qərarı Türkiyə verir”, – deyə o bildirib.
Tərəflərin İsveçin NATO-ya üzvlüyünü təsdiq edən sənədin parlamentin açılışından sonra “mümkün qədər tez” parlamentə göndərilməsi ilə bağlı razılığa gəldiklərini xatırladaraq əlavə edib:
“Hər kəs parlamentin açılışından sonra İsveçin NATO üzvlüyünün təsdiqlənəcəyini gözləyir. Parlament artıq açıqdır. Hesab edirəm ki, İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməyin vaxtı çatıb”.
Səid Əhmədli
Gununsesi.info