Ülvi Həsənliyə qaçaqmalçılıq ittihamı verildi

  • By admin
  • 20 Noyabr 2023 23:41

Dünən gecə saatlarından saxlanılan Abzasmedia.org portalının rəhbəri Ülvi Həsənlinin ofisində aparılan axtarışdan sonra şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub.

Gununsesi.info bildirir ki, jurnalistin vəkili Zibeydə Sadıqova ona Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (Qaçaqmalçılıq) ilə ittiham elan olunduğunu deyib.

Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları Ülvi Həsənlinin ofisində axtarış aparıb.

Oradan 40 min avro götürüldüyü deyilir.

Ancaq jurnalistin özü və saytın əməkdaşları həmin vəsaitin onlara məxsus olmadığını deyib.

 

Gununsesi.info