“Abzas media”nın direktoru Ülvi Həsənli və direktor müavini Sevinc Vaqifqızının həbsdə saxlama müddəti uzadılıb.
Gununseesi.info xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.
Məhkəmə prokurorun əsaslandırılmış təqdimatını təmin edib. Qərara əsasən Ü.Həsənli və S.Vaqifqızının həbs müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, “Abzas media” işi üzrə aparılan Ülvi Həsənli, Sevinc Vaqifqızından əlavə saytın direktor müavini Məhəmməd Kekalov, digər əməkdaşları-Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib. Təqsirləndirilən şəxslərin hər biri qaçaqmalçılıqda ittiham edilir.
Gununseesi.info