Opera və Balet Teatrının solisti, tanınmış müğənni Ülvi Qılınc “O səs Türkiyə” yarışmasının həm münsiflərini, həm də tamaşamılarını səsi ilə ovsunlayıb.
Gununsesi.info xəbər verir ki, məşhur proqramın şənbə buraxılışında səhnəyə çıxan Ülvi “O sole mio” əsərini ifa edib. Həmyerlimiz güclü səsi ilə 4 münsiflərin dördünü də özünə tərəf döndərə bilib. Münsiflər sənətçini komandalarına daxil etmək üçün mübarizə aparsalar da, sonda Ülvi Ebru Gündeşi seçib.
Qeyd edək ki, müsabiqənin ustadları Ebru Gündeş, Murat Boz, Oğuzhan Koç və Beyazit Öztürkdür.
Gununsesi.info