Ülviyyə  Əliyeva “Ər quyusu”- yeni filminin təqdimatında - FOTOLAR

  • By admin
  • 16 Fevral 2017 09:46

er

Bu gün Nizami Kino Mərkəzində Səidə Haqverdiyevanın rejissoru olduğu  “Ər quyusu” adlı filmin təqdimatı baş tutub.

Gununsesi.info xəbər verir ki,  ekran əsəri “Qara qızın qara bəxti” adlı hekayənin motivləri əsasında çəkilib. Əsas rolları əməkdar artistlər Ülviyyə Əliyeva, Sevinc Sarıyeva, Aybəniz Bağırova, Məhərrəm Qurbanov və başqaları canlandırıb.

90-cı illərin həyat tərzi və münasibətlərinin qabardıldığı filmdə əsas motiv kimi qızların ərə getməməsi və ailələrdə məhs  bu səbəbdən qabaran mənəvi-psixoloji problemlər ön plana çəkilib. Xronometrajı 95 dəqiqə olan filmin çəkilişləri Tərtər, Cəlilabad, Şamaxı, eləcə də Bakıda aparılıb. Ekran əsərinə bu gündən etibarən Nizami Kino Mərkəzində izləmək olacaq.

er3 er2 er1

Gununsesi.info